Ötən il Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən il Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb Bakı. 9 yanvar. REPORT.AZ/ Keçən il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261 816 müraciət daxil olub. 
Elm və təhsil
9 Yanvar , 2018 12:29
Ötən il Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb
Report

Bakı. 9 yanvar. REPORT.AZ/ Keçən il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 261 816 müraciət daxil olub. 

Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 221 038 müraciət Vətəndaşlarla iş bölməsi, 14 094 müraciət (elektron poçt), 26 684 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 173 990 zəng qəbul edib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 47 048 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.

Son xəbərlər

Orphus sistemi