Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 22 mindən çox müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 22 mindən çox müraciət daxil olub Telefon Məlumat Mərkəzində 18 927 zəng qəbul edilib
Elm və təhsil
4 İyul , 2017 10:57
Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 22 mindən çox müraciət daxil olub
Report

Bakı. 4 iyul. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 22 850 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 18 927 zəng qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 923 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 2 157 sənəd (1028 məktub, 574 ərizə, 555 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə (4 986 zəng) və cümə axşamı (4 535 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə (1144 müraciət), bazar ertəsi (837 müraciət) və cümə axşamı (834 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.

Son xəbərlər

Orphus sistemi