Bu abituriyentlər üçün qəbul imtahanının müddəti uzadıldı - QƏRAR

Bu abituriyentlər üçün qəbul imtahanının müddəti uzadıldı - QƏRAR Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.
Elm və təhsil
17 Fevral , 2020 20:31
Bu abituriyentlər üçün qəbul imtahanının müddəti uzadıldı - QƏRAR
Report

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı üçün imtahanın davametmə müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı vermələri üçün imtahanın davametmə müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanların davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılır. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.

Son xəbərlər

Orphus sistemi