Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib

Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Elm və təhsil
273
8 Oktyabr , 2018 14:25
Orfoqrafiya qaydaları layihəsi Nazirlər Kabinetinə təqdim edilib
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini Nazirlər Kabinetinə təqdim edib.

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.

O bildirib ki, layihənin son variantı 62 maddədən ibarətdir: "Maddələrin hamısı yeni deyil, bəzi maddələr dəyişib".

Qeyd edək ki, bir neçə aydır aparılan Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni orfoqrafiya qaydaları qüvvəyə minəcək.