I sinfə qəbul üçün keçirilən onlayn müsahibələr başa çatıb

I sinfə qəbul üçün keçirilən onlayn müsahibələr başa çatıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün təşkil olunm
Elm və təhsil
673
6 İyul , 2020 12:35
I sinfə qəbul üçün keçirilən onlayn müsahibələr başa çatıb
0 : 00
0 : 00

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün təşkil olunmuş onlayn müsahibələr başa çatıb.

İdarədən "Report"a verilən məlumata görə, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak ediblər.

Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb. Müsahibənin nəticəsi üzrə təşkil olunmuş onlayn Apelyasiya komissiyasına edilmiş müraciətlərə təhsil qanunvericiliyinə və digər normativ aktlara uyğun baxılması təmin olunub.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibə formasını seçən vətəndaşlara da onlayn müsahibələrdə iştirak etmək imkanı yaradılıb. Bununla bağlı vətəndaşlara SMS bildiriş göndərilib, eyni zamanda sistemdəki “Əlaqə” bölməsi vasitəsilə əlavə məlumat verilib.