Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb

Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb “2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub”
Elm və təhsil
6 Avqust , 2020 11:11
Tələbələrin təhsil haqqının ödənilməsinə 40 milyon manat ayrılıb

“2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması üçün yetərli qədər vəsait ayrılıb. Buna heç kimin şübhəsi olmasın”, deputat əlavə edib.

O bildirib ki, dövlət büdcəsi və ölkəmizin ehtiyatları müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan verir. 

Son xəbərlər

Orphus sistemi