Noyabrın 1-dən Bakıda fərdi qazanxana ilə işləyən 117 məktəbə istilik verilib

Noyabrın 1-dən Bakıda fərdi qazanxana ilə işləyən 117 məktəbə istilik verilib Məhəbbət Vəliyeva: "Mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir"
Elm və təhsil
3 Noyabr , 2016 16:07
Noyabrın 1-dən Bakıda fərdi qazanxana ilə işləyən 117 məktəbə istilik verilib

Bakı. 3 noyabr. REPORT.AZ/ "Bakıda havaların soyuq keçməsi ilə əlaqədar noyabrın 1-dən etibarən fərdi qazanxana ilə işləyən təxminən 117 məktəbə istilik verilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, soyuq hava şəraiti ilə bağlı paytaxtda fəaliyyət göstərən orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac var: "Lakin müvafiq qaydalara görə, istiliyin verilməsi prosesi noyabrın 15-dən aprelin 15-nə qədər olur. Bu il “Azəristiliktəchizat” ASC-yə müraciət edərkən fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müsbət rəy aldıq və noyabrın 1-dən etibarən təqribən 117 məktəbə istilik verilib".

Məlumdur ki, mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış mənzilləri də bu istilik əsasında təchiz olunur. Bu məsələ bir qədər kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edildiyindən onlar noyabrın 15-də istiliklə təmin olunacaq" - M.Vəliyeva qeyd edib.

O, həmçinin əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir göstərir: "Lakin bu gün davamiyyətə təsir göstərən problemlər ümumilikdə tədris prosesinin dayanmasına maneə yaratmır. Bu gün məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur".

Son xəbərlər

Orphus sistemi