Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır

Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır Məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər 2021-ci ilin yayından etibarən başlayıb. Sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valid
Elm və təhsil
28 Yanvar , 2022 16:24
Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır
0 : 00
0 : 00

Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq.

"Report" xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb.

O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.

Son xəbərlər

Orphus sistemi