Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək

Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının məktəvlərində çalışan müəllimlər iştirak edəcək
Elm və təhsil
228
23 Noyabr , 2016 11:44
Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Növbəti diaqnostik qiymətləndirmə İsmayıllıda keçiriləcək.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, qiymətləndirmə noyabrın 27-si və 28-si İsmayıllı Olimpiya İdman Kompleksində baş tutacaq.

İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək.

Eyni zamanda, Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara cəlb ediləcəklər. 

Son xəbərlər

Orphus sistemi