Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib İmtahanda 56 namizəd 55 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb
Elm və təhsil
25 Noyabr , 2017 15:56
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün imtahan keçirilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən “Report”a verilən məlumata görə, bu gün saat 11:00-da başlayan və 3 saat davam edən imtahan DİM-in binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılıb.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib. Onlardan 7 namizəd imtahana gəlməyib. 56 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb. Ən yüksək nəticə toplanıla biləcək 90 baldan 83.5 bal olub.

Son xəbərlər

Orphus sistemi