Nərgiz Paşayeva Hyuston Universitetinin rektoru ilə görüşüb

Nərgiz Paşayeva Hyuston Universitetinin rektoru ilə görüşüb Hyuston Universitetinin nümayəndə heyəti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında görüş keçirilib
Elm və təhsil
21 Yanvar , 2015 15:47
Nərgiz Paşayeva Hyuston Universitetinin rektoru ilə görüşüb

Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin dəvəti ilə Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb. "Report" xəbər verir ki, bu barədə ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil olub.

Səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, "ADA" Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilib.

Səfər çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva da qonaqlarla görüşüb. Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini, Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edərək, rektor R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürüb. Öz növbəsində Dr. R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini deyib.

Rektor N.Paşayeva həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğulayıb.

Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirib. 

Son xəbərlər

Orphus sistemi