Nazirliyin şöbə müdiri: "Elə məktəblər var ki, qiymətləndirməni düz etmir"

Nazirliyin şöbə müdiri: "Elə məktəblər var ki, qiymətləndirməni düz etmir" Buraxılış imtahanında "4" qiyməti alan şagirdin fərqlənmə attestatı alması mümkün deyil.
Elm və təhsil
5 İyun , 2023 13:33
Nazirliyin şöbə müdiri: Elə məktəblər var ki, qiymətləndirməni düz etmir
Elnur Əliyev

Buraxılış imtahanında "4" qiyməti alan şagirdin fərqlənmə attestatı alması mümkün deyil.

“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

"Elə məktəblər (1 %) olur ki, qiymətləndirməni düz etmir. Misal olaraq, buraxılış imtahanında "2" qiyməti alan şagird məktəbdaxili yekun qiymətləndirmədə "5" qiyməti alıb. Bu hal çox azdır. Bu barədə aidiyyəti üzrə tapşırıqlar da verilir. Mümkün deyil ki, "2" qiyməti alan şagird fərqlənmə attestatı alsın", - şöbə müdiri əlavə edib.

Son xəbərlər

Orphus sistemi