Nazirlik: SABAH qruplarında 2400-dən çox tələbə təhsil alır

Nazirlik: SABAH qruplarında 2400-dən çox tələbə təhsil alır 2019-2020-ci tədris ilində SABAH qrupları ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir.
Elm və təhsil
5 noyabr 2019 08:55
Nazirlik: SABAH qruplarında 2400-dən çox tələbə təhsil alır

2019-2020-ci tədris ilində SABAH qrupları ölkənin 11 ali təhsil müəssisəsində 6 istiqamət üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) fəaliyyət göstərir. 

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. SABAH qrupları ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

Son xəbərlər

Orphus sistemi