Nazirlik aşağı nəticə göstərən tələbələrin yüksək bal toplamasına dair iddialara münasibət bildirib

Nazirlik aşağı nəticə göstərən tələbələrin yüksək bal toplamasına dair iddialara münasibət bildirib Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal alması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Elm və təhsil
989
17 Sentyabr , 2021 11:40
Nazirlik aşağı nəticə göstərən tələbələrin yüksək bal toplamasına dair iddialara münasibət bildirib

Təhsil Nazirliyi pandemiya şəraitində keçirilən tədris prosesində aşağı nəticə göstərən tələbələrin yüksək bal toplaması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.

"Report" xəbər verir ki, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2-3 adama baxıb toplum haqqında fikir yürütməyin düzgün olmadığını qeyd edib.

Nazirlik rəsmisi əlavə edib ki, əllərində bununla bağlı hansısa ciddi faktlar yoxdur: "Ola bilsin qiymətlərdə hansısa dəyişiklik olub. Yaxud da dəyişikliyin mahiyyəti pandemiya şəraitinə görə tələbələrə edilən güzəştlərlə bağlıdır. Ona görə də ittiham etməmişdən əvvəl problemləri görməli, analiz etməli və çıxış yolları göstərməliyik. Müxtəlif dövlət qurumları da aidiyyəti məsələ ilə əlaqədar müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik".

Son xəbərlər

Orphus sistemi