Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib

Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunan test tapşırıqları haqqında sosial şəbəkədə yayılan narazılıqlara münasibət bildirib.
Elm və təhsil
24 İyul , 2021 22:43
Nazirlik müəllimlərin işə qəbulu ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunan test tapşırıqları haqqında sosial şəbəkədə yayılan narazılıqlara münasibət bildirib.

"Report"un məlumatına görə, nazirlik məsələdən məlumatlı olduqlarını qeyd edib.

"Bunları nəzərə alaraq, ekspert komissiyası test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq"- deyə nazirlik əlavə edib.

Qeyd edək ki, MİQ-də iştirak edən namizədlər sosial şəbəkələrdə test tapşırıqlarının çətinliyindən şikayətləniblər.

Son xəbərlər

Orphus sistemi