Tələbələr sırasında yer alan Fərman Fərmanov bu il kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları ixtisası üzrə magistr təhsilni davam etdirir.
Harvard Universitetinin tələbəsi Fuad Hüseynov Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili alır.
Oksford Universitetinin tələbəsi Cahangir Məmmədov kompüter elmləri üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsilini başa vuraraq bakalavr dərəcəsi alıb. Hazırda isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Oksford Universitetində informasiya texnologiyaları üzrə magistr təhsilini davam etdirir.
Xəyalə Eylazova 2005-2007-ci ilərdə Norveç Biznes Məktəbində beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. O da digərləri kimi müvafiq proqram çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində biznesin idarə olunması ixtisası üzrə magistr təhsili alır.
Əlikram İsayev Amerika Birləşmiş Ştatlarının Harvard Universitetində ictimai siyasət ixtisası üzrə magistr təhsili alır.
Məsmə Nəcəfzadə 2004-cü ildə Ali Diplomatiya Kollecini beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. 2012-2014-cü illərdə Böyük Britaniyanın Oksford Universitetində magistr təhsili alıb. Hazırda proqram çərçivəsində adıçəkilən universitetdə şərqşünaslıq ixtisası üzrə doktoranturada təhsil alır.
Murad İsmayılov Böyük Britaniyanın Kembric Universitetində siyasi elmlər ixtisası üzrə doktoranturada oxuyur.
Günel Hüseynova 2001-ci ildə Böyük Britaniyanın Qlazqo Universitetində magistr təhsilini başa vurub. Hazırda Böyük Britaniyanın Kembric Universitetində biologiya ixtisası üzrə doktoranturada təhsil alır.
Nadir Hümbətəliyev Böyük Britaniyanın Kembric Universitetində iqtisadiyyat ixtisası üzrə magistr təhsili alır.
