Nazirlik bəzi ixtisasların xaricdə təhsil proqramlarına salınmamasına aydınlıq gətirib

Nazirlik bəzi ixtisasların xaricdə təhsil proqramlarına salınmamasına aydınlıq gətirib Təhsil Nazirliyi bəzi ixtisasların xaricdə təhsil proqramlarının ixtisas siyahısına salınmaması məsələsinə aydınlıq gətirib.
Elm və təhsil
6 Aprel , 2022 10:17
Nazirlik bəzi ixtisasların xaricdə təhsil proqramlarına salınmamasına aydınlıq gətirib

Təhsil Nazirliyi bəzi ixtisasların xaricdə təhsil proqramlarının ixtisas siyahısına salınmaması məsələsinə aydınlıq gətirib.

“Report”un məlumatına görə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “Təhsil masası”nda deyib ki, seçilən ixtisaslar əmək bazarının tələblərinə uyğun olaraq müvafiq qurumların rəyi əsasında formalaşır.

Şöbə müdiri qeyd edib ki, bəzi xüsusi ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər bunu digər mövcud resursların hesabına həyata keçirə bilərlər: “Misal olaraq, Təhsil Nazirliyinin bir neçə təqaüd proqlamları var və bundan yararlanmaq olar. Jurnalistika ixtisasına gəlincə, xaricdə təhsillə bağlı təqaüdlü təhsil proqramları elanı verilir. Türkiyədə və Çində hər il bu ixtisas üzrə təhsil imkanları yaradılır”.

T.Əhmədov eyni zamanda, dövlət proqramında yer alan universitetlərin siyahısının hər il yeniləndiyini xatırladıb.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün Dövlət Proqramı üçün 30 universitet üzrə 15 prioritet ixtisas sahələri müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi