Nazirlik: Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq

Nazirlik: Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq.
Elm və təhsil
116
31 May , 2019 16:34
Nazirlik: Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq

"Növbəti ildən Bakıda fəaliyyət göstərən 7 axşam qiyabi məktəbi ləğv olunacaq".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

O bildirib ki, buna səbəb 10-cu sinfi bitirən şagirdlərin həmin məktəblərə müraciət etməməsidir: "Yəni bu gün ölkədə icbari təhsil 9 illik olduğundan ötən ildən qəbul dayandırılıb.

Əvvəl icbari təhsil 11 illik idi. Axşam məktəblərində isə 2 illik dərs 3 ilə keçirilirdi. 2 il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın idi. Artıq 10-cu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq".

F.Həmzıyev qeyd edib ki, axşam məktəblərində 18 yaşdan yuxarı, 40 yaşa qədər insanlar təhsil alırdı.

Son xəbərlər

Orphus sistemi