Bakı. 12 iyun. REPORT.AZ/ Hazırda Azərbaycanda 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faizdir.
Bu barədə “Report”a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb.