Xaricdə təhsil alan gənclərin işlə təmin olunması üçün proqram hazırlanacaq

Xaricdə təhsil alan gənclərin işlə təmin olunması üçün proqram hazırlanacaq "Əvvəlki proqramı bitirən gənclərin böyük əksəriyyəti ölkəyə geri qayıdıb, bir çoxları da rəhbər vəzifələrində çalışırlar".
Elm və təhsil
1 Mart , 2022 14:51
Xaricdə təhsil alan gənclərin işlə təmin olunması üçün proqram hazırlanacaq

"Əvvəlki proqramı bitirən gənclərin böyük əksəriyyəti ölkəyə geri qayıdıb, bir çoxları da rəhbər vəzifələrində çalışırlar".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, budəfəki gənclərin də geri qayıtması üçün bütün addımlar atılacaq: "Məntiqlə ən nüfuzlu ali təhsil müəssisələrini bitirən şəxslərin əmək bazarında iş tapmağında problemlər olmamalıdır. Odur ki, onların işlə təminat məsələsinin həlli istiqamətində proqram hazırlanacaq".

Son xəbərlər

Orphus sistemi