Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır"

Nazir: "Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır" 50 min müəllim peyvənd olunacaq
Elm və təhsil
22 Yanvar , 2021 12:42
Nazir: Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır

“Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırdır. Buradan yoluxanların sayını çıxırıq. Müvafiq plana uyğun olaraq 50 yaşdan yuxarı müəllimlərin vaksinasiya olunmasını nəzərdə tuturuq”.

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunmasını nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi