Nazir vaksin olunmayan tələbələrin dərslərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib

Nazir vaksin olunmayan tələbələrin dərslərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib "Universitetlərlə peyvənd olunmayan tələbələrin tədris prosesində iştirakı ilə bağlı hazırda müzakirələr davam edir. Aşağı yaş qrupunda peyvəndlərin vurulmasında problem görmürük".
Elm və təhsil
1606
7 Sentyabr , 2021 14:58
Nazir vaksin olunmayan tələbələrin dərslərdə iştirak edib-etməyəcəyinə aydınlıq gətirib

"Universitetlərlə peyvənd olunmayan tələbələrin tədris prosesində iştirakı ilə bağlı hazırda müzakirələr davam edir. Aşağı yaş qrupunda peyvəndlərin vurulmasında problem görmürük. Böyük auditoriyalarda tələbələrin tədrisinin əleyhinəyik. Ona görə də distant formada tədris mümkün ola bilər".

"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə bu məsələ ilə bağlı yekun qərar veriləcək və ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi