Nazir tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib

Nazir tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib Təhsil naziri tələbə təhsil kreditləri ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.
Elm və təhsil
733
2 Dekabr , 2021 14:06
Nazir tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil naziri Emin Əmrullayev tələbə təhsil kreditləri ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.

"Report" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında kreditlərinin verilməsi üçün müraciət qəbuluna yeni başlanıldığını deyib.

Nazir qeyd edib ki, artıq bir neçə yüz tələbə prosesi tam olaraq yekunlaşdırıb, bəzilərinə hətta təsdiq də verilib: "Kreditlərin verilməsi ilə bağlı narazılıqlar bir neçə qismə bölünür. Sistem yeni olduğundan hər hansı çatışmazlıqların, qüsurların, nöqsanların olması gözləniləndir. Təbii ki, bunların aradan qaldırılması labüddür. Hesab edirəm ki, həmin problemlər zamanla aradan qaldırılacaq".

"18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik", - E.Əmrullayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi