"Müəllimlərin sertifikasiyası ilə bağlı növbəti aylarda yeni qaydaların təsdiqlənəcəyini düşünərəm".
"Report" xəbər verir ki, bunu Təhsil naziri
Onun sözlərinə görə, qaydalar təsdiq edildikdən sonra bu ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlanılacaq: "Təbii ki, bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək".
Nazir bildirib ki, əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək, onu stimullaşdırmaqdır: "Sertifikatlaşdırma proseduru nəticəsində müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq. Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq, onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq".