Nazir: "Rus bölməsində təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir"

Nazir: "Rus bölməsində təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir" "Statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir"
Elm və təhsil
20 Dekabr , 2018 11:53
Nazir: Rus bölməsində təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir
0 : 00
0 : 00

Bakı. 20 dekabr. REPORT.AZ/ "Rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib. 

Onun sözlərinə görə, statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir.

Nazir qeyd edib ki, artıq birinci sinifdən etibarən şagirdlərə bir xarici dilin öyrədilməsi nəzərdə tutulub: "Beşinci sinifdən etibarən isə ikinci xarici dilin tədris olunması planlaşdırılır".

C.Bayramov qeyd edib ki, Azərbaycanda təhsil alan şagirdlərin 92-93 faizi dövlət dilində oxuyur: "Son illər bu rəqəmdə dəyişiklik yoxdur".

Son xəbərlər

Orphus sistemi