Nazir müavini: “Xaricdə təhsil alan yüzlərlə məzun hazırda universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olur”

Nazir müavini: “Xaricdə təhsil alan yüzlərlə məzun hazırda universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olur” Ceyhun Bayramov: “Hər bir məzunla bağlı reyestr, məlumat bazası formalaşdırılır”
Elm və təhsil
11 Aprel , 2017 10:59
Nazir müavini: “Xaricdə təhsil alan yüzlərlə məzun hazırda universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olur”
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ “Xaricdə təhsil alan məzunlardan maksimum dərəcədə faydalanmalı və istifadə etməliyik”.

“Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” məzunları ilə “Sahibkarlıq və start-up fəaliyyəti” mövzusunda keçirilən işgüzar paneldə deyib.

Nazir müavini qeyd edib ki, hər il qəbul proqramının proqnozuna baxanda ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayının artdığı məlum olur: “Xaricdə təhsil dövlət proqramının yüzlərlə məzunları hazırda Azərbaycandakı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar. Sahibkarlıqla bağlı qəbul edilən bir sıra vacib əhəmiyyətli qərarlardan sonra xaricdə təhsil alan məzunlar fəal və aktiv ola bilərlər”.

C.Bayramov xatırladıb ki, bir neçə il bundan əvvəl hər bir məzunla bağlı reyestr, məlumat bazası formalaşdırılıb: “Hər ilin məzunları ilə bağlı, eləcə də onların öz ixtisaslarına uyğun olaraq aidiyyəti dövlət qurumlarına, böyük işəgötürənlərə öncədən məlumat verirdik ki, xaricdə dövlət proqramı üzrə təhsil alan məzunlarımız var. Bunu ilk növbədə ona görə edirdik ki, belə yüksək səviyyəli mütəxəssislər Azərbaycana gəlib işlə təmin edilsinlər”.

O əlavə edib ki, indiyə qədər 1 558 nəfər xaricdə təhsil üzrə dövlət proqramının məzunu olub.

Son xəbərlər

Orphus sistemi