Nazir müavini: "IX sinif buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə yaxşılaşıb"

Nazir müavini: "IX sinif buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə yaxşılaşıb" "Buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb"
Elm və təhsil
9 İyul , 2018 10:51
Nazir müavini: IX sinif buraxılış imtahanlarının nəticələri əvvəlki illərlə müqayisədə yaxşılaşıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva / Report
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ "Hazırda buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə ötən il daha yaxşı nəticələr əldə edilib: "Ötən dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75 % yaxşılaşıb".

M.Vəliyeva qeyd edib ki, növbəti tədris ilində əsas hədəf müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində tədbirlərin görülməsi olacaq. 

Son xəbərlər

Orphus sistemi