"Azərbaycanda 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələr ölkə üzrə bərabər paylanmır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bəzi kəndlərdə ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur: "Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox yaxşı təsir edəcəyinə əminik".
Nazir müavini qeyd edib ki,
M.Vəliyeva xatırladıb ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".