Nazir müavini: "Azərbaycanda buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir"

Nazir müavini: "Azərbaycanda buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir" "Bu istiqamətdə paralel olaraq işlər davam etdiriləcək"
Elm və təhsil
10 Mart , 2017 11:48
Nazir müavini: Azərbaycanda buraxılış imtahanı qaydasının yenidən dəyişdiriləcəyi gözlənilir
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycanda 2 ildən sonra yeni buraxılış imtahanı sistemində bir sıra dəyişikliklərin olması gözlənilir".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Nazir müavini bildirib ki, son illər təhsil sistemində paralel olaraq 2 proqram tətbiq olunur: "Yeni məzmunla 2008-2009-cu ildən tədrisinə başlayan şagirdlər bu il orta təhsil səviyyələrini başa çatdırır. İlk dəfə olaraq yeni formatlı buraxılış imtahanı tətbiq ediləcək. Bu istiqamətdə paralel olaraq işlər davam etdiriləcək".

Onun sözlərinə görə, son illər ərzində Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr, təşəbbüslər irəli sürülüb və mərhələlərlə həyata keçirilir: "Bu işlərin əsas istiqaməti daha keyfiyyətli təhsil vermək, hazırlıqlı, savadlı, sağlam düşüncəli şagirdlər yetişdirməkdir. Ölkədə müəllim peşəsinin nüfuzunun artırılması, müəllim hazırlığı sistemində yeniliklərin tətbiq olunması, xidmətdə olan müəllimlərin seçilməsi, hazırda fəaliyyətdə olan müəllimlərin ixtisasartırmada olan yeniliklər, diaqnostik qiymətləndirmə və əmək haqqı sisteminin yeni formatda tətbiq olunması, müəllimlik peşəsini seçən tələbələrin daha da stimullaşdırılması sahəsində işlər həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi