Nazir Mikayıl Cabbarov xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin növbəti qrupu ilə görüşüb

Nazir Mikayıl Cabbarov xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin növbəti qrupu ilə görüşüb Onlarla bağlı Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilib
Elm və təhsil
2 Sentyabr , 2014 17:11
Nazir Mikayıl Cabbarov xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin növbəti qrupu ilə görüşüb
Bakı. 2 sentyabr. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb. Bu barədə Report-a Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı nazir tələbələri təbrik edərək və dövlətin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkənin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Edinqburq, Empreza, Qlazqo, Kinqs Kollec, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş Azərbaycan gəncləri yer alır.

Son xəbərlər

Orphus sistemi