Bakı. 11 sentyabr.
"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, yeni tədris ilinə hazırlıq işləri üçün yay aylarından başlayaraq bütün lazımi və zəruri işlər həyata keçirilib: "Buna bariz nümunə mərkəzləşdirilmiş şəkildə müəllimlərin imtahanın keçirilməsi idi. Bu günə qədər 4 mindən çox müəllim yeni işə qəbul olunub. Hazırda proses davam edir".
M.Cabbarov qeyd edib ki, bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi.