Nazir: “Mərkəzi Aran rayonlarında da müəllimlərin sertifikasiyasının nəticələri aşağı olacaq”

Nazir: “Mərkəzi Aran rayonlarında da müəllimlərin sertifikasiyasının nəticələri aşağı olacaq” “Gələn il yerdə qalan regionlarda da sertifikasiya imtahanları keçiriləcək. Əlimizdə olan bəzi statistik rəqəmlərə əsaslanaraq demək olar ki, təxminən 10-20 rayonda müəllimlər sadə suallara cavab verə bilməyəcək”.
Elm və təhsil
15 dekabr 2022 06:31
Nazir: “Mərkəzi Aran rayonlarında da müəllimlərin sertifikasiyasının nəticələri aşağı olacaq”
Emin Əmrullayev

“Mərkəzi Aran rayonlarında da müəllimlərin sertifikasiyasının nəticələri aşağı olacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

“Gələn il yerdə qalan regionlarda da sertifikasiya imtahanları keçiriləcək. Əlimizdə olan bəzi statistik rəqəmlərə əsaslanaraq demək olar ki, təxminən 10-20 rayonda müəllimlər sadə suallara cavab verə bilməyəcək”, - o, vurğulayıb.

Nazir xatırladıb ki, bunu əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun bilmək olar:

“Mərkəzi Aran rayonlarında da nəticələr aşağı olacaq”.

Son xəbərlər

Orphus sistemi