Nazir: "Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil"

Nazir: "Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil" Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil.
Elm və təhsil
17 Oktyabr , 2019 12:14
Nazir: Məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil

"Ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Bakı və digər rayon icra hakimiyyətlərində bu məsələlərin düzgün planlaması və tənzimlənməsi müzakirə edilir: "Yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığına və gediş-gəlişi ilə bağlı problemləri əsasən kortəbii inkişaf edən ərazilərdə müşahidə edirik. Əfsus ki, belə ərazilər mövcuddur".

Son xəbərlər

Orphus sistemi