Nazir: "Məcburi köçkün məktəbləri" anlayışı aradan qalxacaq"

Nazir: "Məcburi köçkün məktəbləri" anlayışı aradan qalxacaq" "Azərbaycanın işğaldan azad edilən hər bir kəndində, qəsəbəsində məktəblər bərpa olunacaq və artıq "məcburi köçkün məktəbləri" anlayışı aradan qalxacaq".
Elm və təhsil
26 Aprel , 2023 11:39
Nazir: Məcburi köçkün məktəbləri anlayışı aradan qalxacaq
Emin Əmrullayev

"Azərbaycanın işğaldan azad edilən hər bir kəndində, qəsəbəsində məktəblər bərpa olunacaq və artıq "məcburi köçkün məktəbləri" anlayışı aradan qalxacaq".

"Report" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ağdamda və Şuşada orta məktəblərin tikintisi başa çatmaq üzrədir və onlarla məktəbin layihələndirilməsi aparılır:

"Azad edilən ərazilərimizdə iki məktəb fəaliyyətə başlayıb. Azərbaycanın işğaldan azad edilən hər bir kəndində, qəsəbəsində məktəblər bərpa olunacaq və artıq "məcburi köçkün məktəbləri" anlayışı aradan qalxacaq".

Son xəbərlər

Orphus sistemi