Elm və təhsil naziri Emin Əmrullayev hər beş uşaqdan heç olmasa birinin məktəbəqədər təhsilə cəlb olunmasını istəyir.
"Report" xəbər verir ki, nazir bunu Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.
O qeyd edib ki, bir ildən çox məktəbəqədər təhsilə cəlb olunanlar orta hesabla 10 % daha yaxşı nəticə göstərir.
"Məktəbəqədər təhsilə qoyulan investisiya üzrə geridönüş digər təhsil pillələrindən daha çoxdur (7-10 qat). Bu da iqtisadiyyatda təxminən 20-30 ildən sonra özünü göstərəcək. İstəyimiz odur ki, hər 5 uşaqdan biri heç olmasa məktəbəqədər təhsilə cəlb olunsun".