Təhsil naziri: "Gələcəkdə UFAZ-da magistratura səviyyəsi təşkil olunacaq"

Təhsil naziri: "Gələcəkdə UFAZ-da magistratura səviyyəsi təşkil olunacaq" Mikayıl Cabbarov bildirib ki, hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir
Elm və təhsil
15 Sentyabr , 2017 15:44
Təhsil naziri: Gələcəkdə UFAZ-da magistratura səviyyəsi təşkil olunacaq
Report/Elşən Baba

Bakı. 15 sentybra. REPORT.AZ/ "Gələcəkdə Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura səviyyəsinin təşkili üçün müzakirələr aparılır".

"Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov UFAZ-ın yeni binasının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir: "Yəqin ki, universitetlərin potensialı nəzərə alınaraq qərar qəbul olunacaq".

Qeyd edək ki, hazırda UFAZ-da yalnız bakalavr proqramı üzrə tədris aparılır. 2017-2018-ci tədris ilində dörd ixtisas üzrə bakalavr proqramı üzrə 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaqdır) tədris ediləcək.

Son xəbərlər

Orphus sistemi