Nazir: "Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik"

Nazir: "Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik" "Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var. Pandemiya emosional və elmi qərarlar arasında böyük fərqin olmasını öyrətdi".
Elm və təhsil
2 Dekabr , 2021 11:21
Nazir: Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik
Emin Əmrullayev

"Pandemiya dövrü bizə göstərdi ki, təhsil və elm sahəsində hansı boşluqlar var. Pandemiya emosional və elmi qərarlar arasında böyük fərqin olmasını öyrətdi".

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, pandemiya şəraitində Azərbaycan hökumətinin qərarları ikinci qəbildən olan idi: "Qərarlar emosional müstəvidə deyil, digər göstəricilər əsasında verildi. Qərarların hazırkı şəraitdə Azərbaycanı fərqlənən ölkə qismində göstərə bildi. Azərbaycanda tədris ili gec başlasa da, davamlılığı təmin edə bilirik".

E.Əmrullayev qeyd edib ki, təhsil və elmi siyasətin qarşısında hər zaman xeyli məqsəd dayanır: "Pandemiya dövründə distant təhsillə bağlı əlçatanlıq yeniliyi öyrənildi. Distant təhsil sisteminin özündə mənfi və müsbət mənada bir çox hallar var. Distant təhsildə bir qisim öyrənmə təmin etmək olur, amma təbii ki, ənənəvi təhsilin yerini tam verə bilmir. Heç də bütün sahələrdə distant təhsillə istənilən keyfiyyəti əldə edə bilmirik. Keyfiyyət olmadan distant təhsil barədə danışmaq yarım qalır".

Onun sözlərinə görə, ali təhsilin keyfiyyət və ölçülmə prosesi əsas götürülməlidir: "Pandemiya dövründə sosial-iqtisadi qrupların öyrənmə prosesinin monitorinq mərhələsi hələ də davam edir. İlkin nəticədə onu demək olar ki, öyrənmə böyük şəhərdə yaşayanlara bir şəkildə, daha az resursları olanlara da ayrı təsir edir. İtirilmiş öyrənmə Bakının mərkəzində yaşayan şagirdlərə və ucqar ərazilərdə yaşayan təhsilalanlara eyni təsir etməyib. İtirilmiş öyrənməyin bərpası ilə bağlı suallar hələ də açıq qalır.

Hazırda bir çox problemlərin həlli elmi-tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir".

Son xəbərlər

Orphus sistemi