Nazir: "AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb"

Nazir: "AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb" Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb.
Elm və təhsil
8 İyun , 2018 11:58
Nazir: AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb
Təhsil naziri Ceyhun Bayramov / Report
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov akademiyanın ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb.

Nazir qeyd edib ki, ötən il ali məktəblər tərəfindən AMEA-ya fundamental elmi tədqiqatlarla bağlı 152 mühüm nəticə təqdim olunub: "Magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb".

C.Bayramov deyib ki, hazırda ölkə üzrə doktorantura üzrə təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür.

Son xəbərlər

Orphus sistemi