Nazir: "Ortaq türk tarixi dərsliyi hazırdır"

Nazir: "Ortaq türk tarixi dərsliyi hazırdır" 15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır.
Elm və təhsil
400
30 Yanvar , 2020 11:12
Nazir: Ortaq türk tarixi dərsliyi hazırdır
Ceyhun Bayramov / Report

"15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində də işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq".

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilir.

Son xəbərlər

Orphus sistemi