Naxçıvandakı tarixi abidələrlə bağlı beynəlxalq konfrans keçiriləcək

Naxçıvandakı tarixi abidələrlə bağlı beynəlxalq konfrans keçiriləcək Tədbir “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusuna həsr olunub
Elm və təhsil
73
4 May , 2017 09:38
Naxçıvandakı tarixi abidələrlə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Naxçıvan şəhərində iyulun 7-8-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Report"a AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən məlumat verilib. 

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq keçiriləcək.

Konfransın təşkilatçıları AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir.