Naxçıvan Müəllimlər İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Naxçıvan Müəllimlər İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib Müsabiqə üçün sənədlər bu gündən etibarən bir ay müddətində qəbul olunacaq
Elm və təhsil
7 Yanvar , 2016 09:49
Naxçıvan Müəllimlər İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Bakı. 7 yanvar. REPORT.AZ/ Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilib. "Report" xəbər verir ki, müsabiqəyə 2 kafedra üzrə 6 vakant yer çıxarılıb.

Belə ki, institut Dillər və ədəbiyyat kafedrası üçün dosent (2 ştat), filologiya üzrə fəlsəfə doktoru (2 ştat), Riyaziyyat və tədrisi metodikası kafedrası üçün baş müəllim (1 ştat) və pedaqogika üzrə fəlsəfə doktoru (1 ştat) axtarır.

Müsabiqə üçün sənədlər bu gündən etibarən bir ay müddətində Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında, institutun rektorluğuna təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi