NASA-nın rəhbəri vəzifələrinin icraçısı istefaya gedir

NASA-nın rəhbəri vəzifələrinin icraçısı istefaya gedir Laytfut 2017-ci ilin yanvarından bu vəzifəni icra edir
Elm və təhsil
13 Mart , 2018 08:50
NASA-nın rəhbəri vəzifələrinin icraçısı istefaya gedir

Bakı. 13 mart. REPORT.AZ/ Amerika aerokosmik agentliyi NASA-nın rəhbəri vəzifələrini icra edən Robert Laytfut aprelin 30-də postunu tərk edəcək.

“Report” xəbər verir ki, o, istefanın səbəblərini izah etmir.

Laytfut 2012-ci ildən idarə rəhbərinin köməkçisi işləyir və 2017-ci ilin yanvarından onun rəhbəri vəzifəsini icra etməyə başlayıb.