Bu gündən müəllimlərin vakant yerlərə əlavə yerləşdirilməsinə başlanılır

Bu gündən müəllimlərin vakant yerlərə əlavə yerləşdirilməsinə başlanılır Proses avqustun 10-na kimi davam edəcək
Elm və təhsil
754
5 Avqust , 2015 09:29
Bu gündən müəllimlərin vakant yerlərə əlavə yerləşdirilməsinə başlanılır

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gündən Azərbaycanda ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsində qaydalara müvafiq olaraq tutulmayan və imtina edilən vakant yerlərə əlavə yerləşdirmə aparılır. "Report" xəbər verir ki, proses avqustun 10-dək davam edəcək.

Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib. Onlardan 2 212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən, 1 892 nəfərin işə qəbul olunmasına razılıq verilib.

Tutulan vakansiyalar daha çox Bakı şəhəri üzrə 345 yer, ən az isə Lerik rayonu üzrə 71 yer olub. İşə qəbul olunmasına razılıq verilən müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.