Müəllimlərin işə qəbulunun 10-cu günü - VİDEOREPORTAJ

Müəllimlərin işə qəbulunun 10-cu günü - VİDEOREPORTAJ Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günüdür.
Elm və təhsil
18 İyul , 2019 17:41
Müəllimlərin işə qəbulunun 10-cu günü - VİDEOREPORTAJ

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının onuncu günüdür.

“Report” xəbər verir ki, bu gün ibtidai sinif, fiziki tərbiyə və təsviri incəsənət müəllimi olmaq istəyən 3000-dən çox namizəd imtahan verib.

Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb. Bu günədək 24 456 nəfər imtahanlarda iştirak edib. Həmin namizədlərdən 8 nəfər 58 bal toplayaraq ən yüksək nəticə göstərib.

Qeyd edək ki, imtahanlar iyulun 24-dək davam edəcək. Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

FOTO və VİDEO: Sultana Əhmədbəyli

Son xəbərlər

Orphus sistemi