Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb

Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb
Elm və təhsil
22 Fevral , 2021 14:36
Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələr başa çatıb

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil NAzirliyindən "Report"a verilən məlumta görə, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2 948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2 912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub

Son xəbərlər

Orphus sistemi