Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin nəticələri açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin nəticələri açıqlanıb Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək
Elm və təhsil
10 Avqust , 2016 09:08
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsinin nəticələri açıqlanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb.

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb. 

Nazirlikdən bildirilib ki, iştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.

Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib.

Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.

Məlumata görə, müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcək.

Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi