Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminin nəticələri açıqlanıb Mayın 18-23-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.
Elm və təhsil
27 May , 2022 15:12
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

Mayın 18-23-də keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub.

"Report" xəbər verir ki, müsabiqənin vakansiya seçimi zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur qazanıb.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün yoxlanılması prosesi həyata keçiriləcək. Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə İnsan resursları mərkəzinə gələrək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- Ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;

- Əmək kitabçasının əsli;

- Əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış.

Qeyd edək ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.

Son xəbərlər

Orphus sistemi