Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarının vaxtı açıqlanıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarının vaxtı açıqlanıb Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub
Elm və təhsil
14 İyun , 2016 12:57
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarının vaxtı açıqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanlarının vaxtı açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları iyunun 16-17-də keçiriləcək.

Müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2 107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.

İmtahanların keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndərilib.

Son xəbərlər

Orphus sistemi