Müəllimlərin yerinin dəyişdirilməsi barədə suallar vatsapda cavablandırılacaq

Müəllimlərin yerinin dəyişdirilməsi barədə suallar vatsapda cavablandırılacaq Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək
Elm və təhsil
451
6 May , 2021 08:41
Müəllimlərin yerinin dəyişdirilməsi barədə suallar vatsapda cavablandırılacaq
0 : 00
0 : 00

"Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib".

"Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib.

O, qeyd edib ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

"Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər", - nazirlik rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi