Təhsil Nazirliyi müəllimlər üçün yeni müsabiqə keçirir

Təhsil Nazirliyi müəllimlər üçün yeni müsabiqə keçirir Aprelin 1-dən ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə yeni müsabiqəyə start verilib.
Elm və təhsil
1 Aprel , 2019 12:09
Təhsil Nazirliyi müəllimlər üçün yeni müsabiqə keçirir

Aprelin 1-dən ölkənin ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə yeni müsabiqəyə start verilib.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.

Proses aprelin 5-dək davam edəcək.

Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi